Sahib Alıyev: "Bu qərəzli yanaşmaların arxasında islamofobiya dayanır"


  • 11:27

"Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli sənədləri qətiyyətlə pisləyirəm".

E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev parlamentin bugünkü plenar iclasında səsləndirib.

Deputat vurğulayıb ki, ilk növbədə ölkələr arasında sülhün təmin olunması əsas prioritet olmalıdır.

Onun sözlərinə görə, bəzi ölkələrdə müstəmləkəçilik dövründən qalma stereotiplər və islamofobiya bu cür yanaşmalara zəmin yaradır.

S.Alıyev qeyd edib ki, islamofobiyanın geniş yayıldığını görmək üçün həmin ölkələrin öz statistik məlumatlarına nəzər salmaq kifayətdir. O bildirib ki, ötən il müsəlmanlara qarşı 876 insident qeydə alınıb ki, bunlardan 326-sı Fransanın payına düşür.

Deputat əlavə edib ki, Azərbaycan bu cür yanaşmalara ən təsirli cavabı Qarabağda həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işləri ilə verir və bundan sonra da verəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər