Azay Quliyev: "Belçika və Niderland parlamentlərinin qətnaməsi tamamilə əsassızdır"


  • 11:42

"Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə tamamilə əsassızdır".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin bugünkü plenar iclasında deyib.

Deputat qeyd edib ki, Milli Məclisin qəbul etdiyi bəyanat bu kimi iddialara kifayət qədər tutarlı cavabdır. Onun sözlərinə görə, bu mövqe həm də Azərbaycanın belə hallarla barışmaq niyyətində olmadığını və irəli sürülən saxta ittihamları qətiyyətlə rədd etdiyini göstərir.

A.Quliyev bildirib ki, bəzi dairələr beynəlxalq hüququ müdafiə etdiklərini iddia etsələr də, mövcud reallıqları bilmədiklərini demək çətindir.

Deputat vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi irəlilədiyi bir dövrdə belə sənədlərin qəbul edilməsi onların əsl niyyətindən xəbər verir.

Onun fikrincə, bu cür təşəbbüslər regionda nifrəti körükləmək və revanşist qüvvələri ruhlandırmaq məqsədi daşıyır. Deputat əlavə edib ki, bu proseslərdə erməni diaspor təşkilatlarının da aktiv rolu müşahidə olunur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər