Deputat həmin qətnaməni pislədi: "Separatçıları "siyasi məhbus", "müharibə əsiri" kimi təqdim edirlər"


  • 12:03

"Belçika və Niderland parlamentlərindən hər zaman eyni yanaşmanı müşahidə etmişik".

E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Erkin Qədirli parlamentin bugünkü plenar iclasında səsləndirib.

Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməni pisləyən deputat bildirib ki, sözügedən sənədlərdə separatçı ermənilər müxtəlif formalarda - bəzən "siyasi məhbus", bəzən "müharibə əsiri", bəzi hallarda isə "girov" kimi təqdim olunub.

Onun sözlərinə görə, bu cür yanaşmalar savadsızlıqdan irəli gəlir, halbuki bu anlayışlar bir-birindən tamamilə fərqlənir.

E.Qədirli vurğulayıb ki, həmin şəxslər konkret müharibə cinayətlərində ittiham olunan və bu faktların sübuta yetirildiyi şəxslərdir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər