Məzmuna keç

Azərbaycan – Ermənistan sərhədində gərginlik azalır –

Rusiya təsdiqləyir ki, son həftələrdə Azərbaycan – Ermənistan sərhədində gərginlik azaldıla bilib.

E-huquq.az-ın məlumatına görə, bu sözləri Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

“Problemin davamlı və uzunmüddətli həlli kimi iki ölkə arasındakı sərhədin delimitasiyası üzrə işlərin tezliklə başlanmasını görürük.

Bu prosesə ən aktiv şəkildə kömək etməyə hazır olduğumuzu təsdiqləyirik”, – deyə M.Zaxarova bildirib.