Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlanıldı


  • 18 İyun 2021 09:36

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.

Bu barədə e-huquq.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildiirlib ki, "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Oxşar xəbərlər