Bu gün saat 17:10-dan 17:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.
Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
