Məzmuna keç

Azərbaycan Ordusunda artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilir –

Azərbaycan Ordusunda Raket və Artilleriya birləşmələrinin 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq döyüş atışlı təlimləri keçirilir.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Artilleriya bölmələri təlimlərdə cəmləşmə rayonlarına çıxaraq atəş mövqelərini tutur və döyüş atışlarını icra edirlər.