"Azərbaycanda rayon icra hakimiyyətləri Fövqəladə Hallar Nazirliyinə müraciət etməklə qanunsuz tikintilərin qarşısını almalıdır".
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
"Əgər hər hansı tikinti işini qanunauyğun davam etdirmək mümkün deyilsə, o sökülməlidir", – deyə sədr qeyd edib.
"Bakının mərkəzində aparılan tikinti işlərində əsrlərlə formalaşmış tarixilik qorunmalı, işlər mühitə uyğun həyata keçirilməlidir. Şəhərin digər hissələrində isə işlər torpaq üzərində hüquqdan başlamalı, düzgün layihələndirilməlidir", – A.Quliyev əlavə edib.
