Məzmuna keç

Daha bir şəhid ailəsinin qaz təchizatı ilə bağlı problemi həll olundu –

Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində yaşayan şəhid ailəsinin istəyi SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yerinə yetirilib.

Bu barədə e-huquq.az-a qurumda məlumat verilib.

Bildirilib ki, Vətən müharibəsi şəhidi Adil Tatarovun anası Şükufə Tatarova fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı Birliyə müraciət ünvanlayıb.

Müraciətdən dərhal sonra şəhid anasının istəyi yerinə yetirilib. Qeyd olunan ünvana qaz xətti çəkilərək sayğac quraşdırılıb.