"2022-ci il ərzində "Azəriqaz" İstehsalat Birliyinə 8 778 müraciət daxil olub".
E-huquq.az-ın məlumatına görə, bunu Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev "Açıq qapı" aksiyasında deyib.
Onun sözlərinə görə, müraciətlərin 6 488-i “Opentext” proqramı vasitəsilə, 2 290 müracət isə elektron formada edilib.
"Müraciətlər əsasən fərdi qaydada qazlaşdırma, kənd və qəsəbələrin qazlaşdırılmış ərazinlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması, qaz sayğacının və yaxud qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub", – deyə şöbə bildirib.
İ.Kərbalayev qeyd edib ki, "Azəriqaz" İstehsalat Birliyində elektron sənəd dövriyyəsi proqramının mövcud olması müraciətlərin daha operativ və çevik araşdırılmasını təmin edir.
Xəyalə Bünyatova
