Məzmuna keç

“Aqro-vest DC” cərimələnə bilər

“Aqro-vest DC” MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, şirkət min beş yüz manat məbləğində cərimə ediləcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə