Məzmuna keç

“Buta Construction” cərimələnə bilər

"Buta Construction" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin 228-ci (Lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Gəncə Şəhər Məhkəməsində hakim Asif Əliyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Buta Construction" beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilə bilər.

Eltac Nurullazadə