Məzmuna keç

“Azəralüminium” barədə inzibati protokol tərtib olundu

"Azəralüminium" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, MMC barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Gəncə Şəhər Məhkəməsində hakim Orxan Cəfərlinin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, MMC min beş yüz manat məbləğində cərimə edilə bilər.

Eltac Nurullazadə