Məzmuna keç

Gənclər üçün maarifləndirici təlimlər keçirildi –

Fevralın 8-də Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr üçün təlimlər keçirilib.

İnstitutdan e-huquq.az-a verilən məlumata görə, təlimin açılışında Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Ramtiq Alızadə iştirak ediblər.

Tədbirdə İnstitutun təlimçi–ekspertləri Araz Abdullasoy “Sosial mediadan istifadə hüququ” və Nəzrin Əliyeva “Xaricdə təhsil” mövzularında iştirakçılara təlimlər keçiblər.

Tədbirin yekun hissəsində gənc tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında maraqlı müzakirələr və geniş fikir mübadiləsi aparılıb. Oxşar tədbirlərin ölkəmizin müxtəlif rayonlarında keçirilməsi də nəzərdə tutulur.