Məzmuna keç

Bu gün bir qrup azərbaycanlı Qaziantepdən təxliyə olunacaq

Bu gün bir qrup azərbaycanlı Türkiyənin Qaziantep şəhərindən Vətənə təxliyə olunacaq.

Bu barədə e-huquq.az-a Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

Bildirilib ki, təxliyə avtobusu bu gün, fevralın 9-da saat 14:00-də Qaziantep vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.