- 18 Aprel 22:34
"Caspian İnternational Hospital" MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, hospital barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin 215.1 ( Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Caspian İnternational Hospital" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı fevralın 21-nə təyin olunub.
Eltac Nurullazadə