"Havaların kəskin soyuması nəticəsində 10 ünvanda ağac və daş hasarların aşması nəticəsində qaz sayğaclarına və xətlərinə ziyan dəyib. 1 ünvanda isə avtomobil qəzası baş verib və 1 500 abonentin qazsız qalmasına səbəb olub. Hazırda “Azəriqaz”ın qəza-bərpa xidmətinin əməkdaşları dəymiş ziyanın nəticələrini aradan qaldırmağa çalışır".
E-huquq.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında məlumat verib.
Şöbə rəisi qəza zamanı dəyən ziyanın kim tərəfindən ödənilməsinə də aydınlıq gətirib: "Hər hansı təbii fəlakət nəticəsində qaz xətlərinə dəyən ziyanın aradan qalıdırılması "Azəriqaz" İstehsalat Birliyinin hesabına həyata keçirilir. Lakin yol-nəqliyyat qəzaları zamanı qaz xətlərinə zərər dəyərsə, bu zaman hadisəni törədən tərəfin hesabına dəymiş ziyanın nəticələri aradan qaldırılmalıdır".
Eltac Nurullazadə
