"Azərbaycandan davamlı olaraq yardım təyyarələri gəlir".
E-huquq.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.
"İnsan və tibbi yardımdan əlavə çadırlar da göndərirlər. Çadırlarla bağlı digər ölkələrlə də danışıqlarımız var. Nəticədə biz çiyin-çiyinə olduq. Azərbaycanın Zəfərində azərbaycanlılar qədər türk milləti də qürur hissi keçirdi. Bugünkü acımızı bizim qədər azərbaycanlı qardaşlarımızın da hiss etdiyini bilirik", – nazir əlavə edib.
***
"Prezident İlham Əliyevin tapşırığı ilə göndərilən təcili tibbi yardım qrupu da Kahramanmaraşda zəlzələ baş verən ərazidədir. Səhra xəstəxanası quruldu. Bir az öncə onları da ziyarət etdik".
E-huquq.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.
"40-dan çox personal, həkimindən tibb bacısına kimi bütün tibbi avadanlıqlarla birgə xidmət göstərirlər. Bu günə çox sayda vətəndaşımızı müayinə ediblər. İndi ən vacib ehtiyacımız olan şey çadır, konteyner və onlarda işlədiləcək ləvazimatlardır", – nazir əlavə edib.
***
"Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra mənə ilk zəng edən də, Türkiyəyə ilk səfər edən də məhz qardaşım Ceyhun Bayramov oldu".
E-huquq.az-ın xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bundan əvvəl baş verən hadisələrdə – Antalya və Muğla şəhərində baş verən yanğınlarda da olduğu kimi, imdadımıza ilk çatan ölkə can Azərbaycan oldu: "Bu bir millət olduğumuzun, eyni zamanda sevincimizin və kədərimizin eyni olmasının göstəricisidir".
***
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyətinin yerləşdiyi qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Kahramanmaraş şəhərindəki Kordinasiya Mərkəzində mətbuat konfransı keçirir.
E-huquq.az-ın xəbərinə görə, hər iki nazir baş vermiş təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması istiqamətində aparılan axtarış-xilasetmə işlərindən danışır.
