Məzmuna keç

BDU tenderinin qalibini açıqladı

Bakı Dövlət Universiteti publik hüquqi şəxsinin IELTS sertifikatının alınması məqsədilə kursların təşkili ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi “You Vvill Speak English” MMC olub.

Məlumata görə, qalib şirkətə 5.716,67 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə