Məzmuna keç

Avropa liderləri Parisdə toplanacaq

Avropanın aparıcı dövlətlərinin başçıları Makronun dəvəti ilə sentyabrın 4-də görüşəcək.

E-huquq.az xəbər verir ki, məlumatı "Financial Times" yayıb.

Mənbənin məlumatına görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, NATO-nun Baş katibi Mark Rütte və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Parisə gələcək.