Məzmuna keç

İndoneziyada Semeru vulkanında iki partlayış baş verib

İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında eyni gün ərzində iki partlayış qeydə alınıb.

E-huquq.az "Antara News" agentliyinə istinadən xəbər verir ki, vulkan müşahidə mərkəzinin mütəxəssisləri Semeru vulkanında 2 partlayışın baş verdiyini bildiriblər.

Məlumata əsasən, ilk partlayış yerli vaxtla saat 05:01-də baş verib və təxminən 140 saniyə davam edib. İkinci partlayış isə saat 09:28-də qeydə alınıb və 145 saniyə sürüb.

Hər iki partlayış zamanı vulkandan qalxan kül buludları təxminən 500 metr yüksələrək cənub-qərb istiqamətində hərəkət edib.

Vulkanoloji xidmətin rəsmiləri bildiriblər ki, Semeru hələ də “ikinci dərəcəli xəbərdarlıq” səviyyəsindədir. Bununla əlaqədar, vulkan zirvəsindən 8 kilometr aralıda yerləşən Besuk Kobokan bölgəsinin cənub-şərq hissəsində bütün fəaliyyətlərə qadağa qoyulub.

Qeyd edək ki, “Sakit Okean Atəş Halqası” adlanan zəlzələ və vulkan fəallığı zonasına daxil olan İndoneziyada təxminən 130 aktiv vulkan mövcuddur.

Şəbnəm Mehdizadə