"ABŞ və Avropa müharibəni dayandırmaq üçün Rusiyaya daha çox təzyiq göstərməlidir . Amma bəzi müttəfiqlər hələ də Rusiya iqtisadiyyatına kömək edir".
E-huquq.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski "ABC News"a müsahibəsində bildirib .
"Mən bütün tərəfdaşlara çox minnətdaram. Lakin onların bəziləri Rusiya neftini və qazını almaqda davam edir. Bu isə ədalətli deyil… Ona görə də biz Rusiyadan hər hansı enerji almağa son verməliyik", – Zelenski bildirib.
Zelenski əlavə edib ki, Vladimir Putinə əlavə təzyiq göstərilməlidir.
"Bu, işğalçını dayandırmağın yalnız bir yoludur. Biz onu öz silahından məhrum etməliyik. Onun silahı enerjidir", – Ukrayna prezidenti vurğulayıb.
