Məzmuna keç

Türkiyədə ağır yol qəzası:

Türkiyənin Şanlıurfa vilayətinin Hilvan rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə barədə məlumat verildikdən sonra əraziyə çoxsaylı təcili tibbi yardım, yanğınsöndürən və jandarma qrupları cəlb olunub.

Qəza nəticəsində 11-i qadın olmaqla ümumilikdə 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara çatdırılıb.

Məlumata görə, yaralıların həyatı üçün təhlükə yoxdur və vəziyyətləri qənaətbəxşdir.

Şəbnəm Mehdizadə