Məzmuna keç

Ən az dindar olan ölkələr açıqlandı –

ABŞ-da yerləşən bir araşdırma şirkəti tərəfindən aparılan son araşdırma dünyanın ən az dindar ölkələri sıralayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da yerləşən "Pew" Araşdırma Mərkəzinin dərc etdiyi hesabatda həmin ölkələr aşağıdakı kimi sıralanıb:

1. Çin – Əhalinin 90 faizi özünü dindar hesab etmir.

2. İsveç – isveçlilərin 73 faizi dindar olmadıqlarını deyir.

3. Çexiya – əhalinin 72 faizi dindar deyil.

4. İngiltərə – əhalinin 69 faizi özünü dindar hesab etmir.

5. Azərbaycan – əhalinin 64 faizi dindar olmadığını deyir.

6. Belçika – əhalinin 64 faizi ya inancsız, ya da ateist olduğunu deyir.

7. Avstraliya – əhalinin 63 faizi özünü dindar hesab etmir.

8. Honq Konq – sakinlərin 63 faizi dindar deyil.

9. Vyetnam – əhalinin 63 faizi heç bir dini mənsubiyyətinin olmadığını bəyan edir.

10. Norveç – əhalinin 62 faizi özünü dindar hesab etmir.

Şəbnəm Mehdizadə