Məzmuna keç

Türkiyədə FETÖ-yə qarşı əməliyyatlarda 53 nəfər saxlanıldı

Son 2 həftə ərzində Türkiyənin 19 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Nazir bildirib ki, keçirilən əməliyyatlar zamanı 53 nəfər saxlanılıb.

Şübhəlilərdən 40-ı həbs olunub, digərləri barəsində məhkəmə prosesləri davam edir.

Humay Eminqızı