Danimarkada yerləşən Novo Nordisk əczaçılıq şirkəti 9,000 nəfəri işdən çıxarmaq niyyətindədir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, dünya üzrə 78,400 işçisi olan şirkət qərar qəbuletmə proseslərini asanlaşdırmaq və resursları böyümə imkanlarına yönəltmək üçün yenidən strukturlaşma prosesindən keçəcəyini açıqlayıb.
Açıqlamada bu ixtisarların böyük qisminin (təxminən 5 min nəfər) Danimarkada baş verəcəyi gözlənilir.
Bu ixtisar planı şirkətin ümumi işçi qüvvəsinin təxminən 11,5 faizini təşkil edir. Şirkətin restrukturizasiya xərclərinin təxminən 8 milyard Danimarka kronu (1,3 milyard dollar) olacağını gözlənilir.
Ozempic və Wegovy istehsalçısı Novo Nordisk, getdikcə tələb olunan diabet müalicəsi bazarında rəqibi Eli Lilly ilə rəqabətdədir.
Şəbnəm Mehdizadə
