Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Krımda dövlətə xəyanətdə şübhəli bilinən rusiya vətəndaşını saxlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Müəyyən edilib ki, Feodosiya sakini Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı tərəfindən Krım istiqamətində operativ məlumat toplamaq məqsədilə ələ alınıb. O, “WhatsApp” vasitəsilə şəkildə hərbi obyektlərin, kritik infrastruktur obyektlərinin və hava hücumundan müdafiə vasitələrinin koordinatlarını əks etdirən foto, video materialları və elektron faylları göndərib.
Onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb.
Humay Eminqızı
