Məzmuna keç

NATO faktiki olaraq Rusiya ilə müharibə aparır –

Şimali Atlantika Alyansı (NATO) faktiki olaraq Rusiyaya qarşı müharibəyə cəlb olunub.

E-huquq.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorskinin NATO-nun Rusiya ilə müharibə aparmaması ilə bağlı sözlərini şərh edərkən deyib.

"NATO Rusiya ilə müharibədədir. Bu, göz qabağındadır və heç bir əlavə sübut tələb etmir”, – Peskov bildirib.

Onun sözlərinə görə, Kiyev rejiminə birbaşa və dolayı dəstək verməklə NATO faktiki olaraq bu müharibədə iştirak edir.

Humay Eminqızı