Türkiyənin İstanbul şəhərində metrobusda yanğın hadisəi baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Bayrampaşa səmtində hərəkətdə olan metrobusun mühərrik hissəsində yanğın başlayıb.
Sərnişinlər dərhal təxliyə edilib və hadisə yerinə yanğınsöndürənlər göndərilib.
Yanğınsöndürənlər yanğını nəzarət altına alıb.
Yanğınla bağlı magistral yolda tıxac yaranıb.
Şəbnəm Mehdizadə
