Məzmuna keç

Türkiyədə lift qəzası nəticəsində 4 nəfər yaralanıb

Türkiyənin Şanlıurfa şəhərində lift qəzası baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Şanlıurfanın Bozova rayonunda tikilməkdə olan binadan yük liftinin kəndiri qoparaq aşağı düşüb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılara təcili tibbi yardım briqadası tərəfindən şəhər xəstəxanalarına çatdırılıb.

Hadisənin səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə