Məzmuna keç

NATO ölkələrinin aldığı ABŞ silahlarının Ukraynaya tədarükünə başlanılıb

NATO ölkələri tərəfindən PURL (Prioritised Ukraine Requirements List – Ukraynanın Prioritet Tələbləri Siyahısı) proqramı çərçivəsində alınmış Amerika silahlarının Ukraynaya tədarükünə başlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə alyansın Kiyevdəki baş nümayəndəsi Patrik Törner məlumat verib.

"PURL proqramı üzrə dörd paketin ödənişi edilib və silahlar artıq Ukraynaya gəlir", – deyə Patrik bildirib.

Humay Eminqızı