Məzmuna keç

Putin: Rusiyanın Ermənistanla ticarət dövriyyəsi 6,4 milyard dollar təşkil edir

Ötən il Rusiya və Ermənistanın ticarət dövriyyəsi 6,4 milyard dollar təşkil edib.

E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

"İki il əvvəl dövriyyə 11 milyard dollar idi. Ötən 2025-ci ildə isə – 6,4 milyard dollar. Diqqəti ona yönəltmək istəyirəm ki, bu, qonşu ölkə Azərbaycanla 5 milyard dollardan azdır – 4,9 milyard dollardır", – Putin deyib.

O əlavə edib ki, 6,5 milyard dollardan 1,2 milyard dolları kənd təsərrüfatı məhsullarının payına düşür: "Tərəvəz, meyvə, şərab – Ermənistanın ixrac etdiyi hər şey".

"Mənim fikrimcə, bəzi məsələlər münasibətlərimiz üçün çox vacibdir – bu, məsələn, energetikadır", – Putin qeyd edib.