Spirtli içkilərin sağlamlığa təsirləri ilə bağlı yeni elmi araşdırma müntəzəm alkoqol qəbulunun, hətta gündə iki qədəh miqdarında olduqda belə, ölüm riskini artıra biləcəyini ortaya qoyub.
E-huquq.az xəbər verir ki, tədqiqatda həftədə orta hesabla 14 qədəh spirtli içki qəbul edən hər 25 nəfərdən ən azı birinin alkoqolla əlaqəli səbəblərdən həyatını itirə biləcəyi bildirilib.
Araşdırmanın nəticələri “Journal of Studies on Alcohol and Drugs” elmi jurnalında dərc olunub. Tədqiqat spirtli içkilərin insan sağlamlığı üçün yarada biləcəyi riskləri bir daha gündəmə gətirib.
Araşdırmanın müəllifi, doktor Kevin Şild az miqdarda olsa belə, spirtli içkilərin müntəzəm qəbulunun ölüm riskini artıra biləcəyinə diqqət çəkib.
Tədqiqat konkret hadisələrin təhlilinə əsaslanıb. Alimlər alkoqolla əlaqəli xəstəliklər və xəsarətlər barədə 7 mindən çox elmi nəşri araşdıraraq hər bir sağlamlıq problemi üzrə risk göstəricilərini qiymətləndiriblər.
Daha sonra əldə olunan nəticələr ölkə miqyasında toplanmış geniş sağlamlıq məlumatları ilə birləşdirilib.
Məqalədə qeyd olunur ki, araşdırmaların nəticələrinə əsasən, hər gün müntəzəm olaraq iki qədəh spirtli içki qəbul etmək belə ölüm riskinin artması ilə əlaqələndirilir.
Tədqiqatda həftədə orta hesabla 14 qədəh spirtli içki qəbul edən hər 25 nəfərdən birinin alkoqolla əlaqəli səbəblərdən həyatını itirə biləcəyi qənaətinə gəlinib.
Şəbnəm Mehdizadə
