Məzmuna keç

Vəkillər probasiya qeydiyyatında olan daha 18 məhkuma pulsuz hüquqi yardım göstərib – FOTO

Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti tərəfindən probasiya nəzarətində olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məqsədilə pulsuz hüquqi yardım aksiyaları davam etdirilir.

E-huquq.az xəbər verir ki, Probasiya xidməti və Vəkillər Kollegiyası tərəfindən 2026-cı il üçün imzalanmış Tədbirlər Planına müvafiq olaraq növbəti hüquqi yardım tədbiri oktyabrın 27-da Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin və Probasiya xidmətinin təşkilatçılığı ilə Bakı Probasiya İdarəsində həyata keçirilib.

Aksiya çərçivəsində Presedent Vəkil Bürosunun vəkilləri tərəfindən Bakı şəhəri üzrə probasiya qeydiyyatında olan 18 nəfər qəbul edilib.

Məhkumların qarşılaşdığı hüquqi problemlər dinlənilib, onların həlli ilə bağlı müvafiq tədbirlər görülüb, eləcə də müxtəlif hüquqi məsələlər üzrə şifahi və yazılı izahatlar verilməklə pulsuz hüquqi yardım göstərilib.