Türkiyənin Konya şəhərində iki yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
E-huquq.az “”TRT Haber”ə istinadən xəbər verir ki, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, polis və jandarm qüvvələri cəlb olunub.
Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar təcili tibbi yardım avtomobilləri ilə Konya Şəhər Xəstəxanasına çatdırılaraq müalicəyə alınıblar.
Polis və jandarm əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görüb, qəzaya düşən nəqliyyat vasitələrinin yoldan götürülməsi istiqamətində iş aparılıb.
Həyatını itirən sürücünün meyiti hadisə yerində araşdırmalar başa çatdıqdan sonra məhkəmə-tibbi ekspertizası üçün morqa aparılıb.
Şəbnəm Mehdizadə
