Türkiyədə güclü leysan gözlənilir.
E-huquq.az xəbər verir ki, Meteorologiya Baş İdarəsi 19 vilayət üzrə sarı xəbərdarlıq elan edib.
Yağıntıların Egey, Aralıq dənizi və Cənub-Şərqi Anadolu bölgələrində intensiv olacağı, bəzi ərazilərdə isə leysan xarakteri alacağı proqnozlaşdırılır.
Adıyaman, Antalya, Aydın, Bingöl, Burdur, Dənizli, Diyarbəkir, Elazığ, Qaziantep, İsparta, Mersin, İzmir, Malatya, Kahramanmaraş, Mardin, Muğla, Tunceli, Şanlıurfa və Batman bölgələri üçün sarı xəbərdarlıq elan edilib.
Sel, subasma, torpaq sürüşməsi, ildırım və güclü külək riskinə qarşı vətəndaşlara ehtiyatlı olmaq tövsiyə edilib.
Şəbnəm Mehdizadə
