Məzmuna keç

Deputat: “Azərbaycanda vəkillərin sayı Avropa göstəricisindən xeyli aşağıdır”

“Son illər Vəkillər Kollegiyasının uğurlu fəaliyyəti nəticəsində vəkillərin sayının artıb”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar cilasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, 2020-ci ildə ölkəmizdə hər 100 min nəfərə 20,4 vəkil düşürdüsə, 2024-cü ildə müvafiq  rəqəm 24,6 olub. Hazırda ölkəmizdə 3 min 3 vəkil var

“Avropa üzrə hər 100 min nəfərə orta hesabla 180 vəkil düşdüyü halda ölkəmizdə oxşar göstərici 23 vəkil təşkil edir. Əlbəttə, ölkələrin hüquq sistemləri və vəkillərin funksiyaları fərqlidir. Lakin aradakı fərq xeyli böyükdür. Üstəlik, ölkəmizdə vəkillərin regionlar üzrə sayı da bərabər deyil, yəni yalnız 538 nəfəri – 18 faizi bölgələrdə fəaliyyət göstərir”,- deputat qeyd edib.

Z.Oruc, həmçinin qeyd edib ki, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) 2024-cü il məlumatına görə, Azərbaycanda 631 hakim, yəni, əhalinin 100 min nəfərinə 6.2 peşəkar hakim fəaliyyət göstərir: “Oxşar göstəricilər Gürcüstanda 9,9,  Ukraynada 12,1, Moldovada isə 13,7 olub. Ölkəmizdə məhkəmə orqanlarındakı iş yükünün böyük miqyasda olduğunu nəzərə alaraq, hakim və vəkillərin sayı artması, eyni vaxtda pulsuz hüquqi yardımın əsaslarının möhkəmləndirilməsi doğru addımdır”.

Şəbnəm Mehdizadə