Məzmuna keç

İstanbulda torpaq sürüşməsi baş verdi

Türkiyənin İstanbul şəhərində torpaq sürüşməsi baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə İstanbulun Beşiktaş rayonunda, tikinti sahəsində qeydə alınıb.

Belə ki, tikinti işləri nəticəsində baş verən torpaq sürüşməsi dördmərtəbəli binanın istinad divarının və giriş pilləkənlərinin uçmasına səbəb olub. Ətrafdakıların məlumatı əsasında hadisə yerinə yanğınsöndürmə, polis, təcili tibbi yardım və axtarış-xilasetmə qrupları cəlb olunub. Hadisə zamanı xəsarət alan olmayıb, binada köməksiz vəziyyətdə qalan iki nəfər isə yanğınsöndürənlər tərəfindən xilas edilib.

Ehtiyat tədbiri olaraq ərazidə axtarış-xilasetmə əməliyyatı aparılıb.

Şəbnəm Mehdizadə