Türkiyənin Afyonkarahisar bölgəsində fərqli yerlərdə 7 nəfərin meyiti tapılıb.
E-huquq.az xəbər verir ki, iki ayrı ünvanda 5 nəfərin meyiti aşkarlanıb.
Başqa bir yerdə isə daha iki nəfərin güllələnmiş meyiti tapılıb. İki nəfərin isə yaralı olduğu barədə məlumat var.
İlkin istintaq nəticəsində məlum olub ki, 7 nəfərin hamısı tüfənglə öldürülüb.
Şübhəli şəxs və ya şəxslərin isə hadisə yerindən qırmızı rəngli avtomobillə qaçdığı qeyd olunub.
