Məzmuna keç

Cənubi Torid meteor yağışı bu gecə nadir od kürələri yaradacaq

Cənubi Torid meteor yağışının kulminasiya dövründə “od kürələri”ni müşahidə etmək mümkün olacaq.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, NASA mütəxəssislərinin məlumatına görə, Yer atmosferinə saatda təxminən 104 min kilometr sürətlə daxil olan bu meteorlar digər bəzi meteor yağışları ilə müqayisədə daha yavaş hərəkət edir. Bu isə onların səmada daha uzun müddət görünməsinə şərait yaradır.

NASA-nın Meteoroid Mühiti Ofisinin rəhbəri Bill Kuk bildirib ki, Torid meteor yağışının əsas xüsusiyyəti parlaq “od kürələri”nin çoxluğudur. Veneradan daha parlaq görünə bilən bu cisimlər səmada bir neçə saniyəlik işıqlı izlər, bəzən isə bir neçə dəqiqə qalan tüstü izləri yaradır.

Cənubi Toridlər zamanı saatda orta hesabla beş meteor müşahidə olunur. Meteor yağışı, Cənub qütbü istisna olmaqla, dünyanın demək olar ki, bütün bölgələrindən görünə bilər. Müşahidə üçün işıq çirklənməsinin az olduğu ərazilər seçilməli, gözlərin qaranlığa uyğunlaşması üçün təxminən 30 dəqiqə gözlənilməlidir.

Sentyabrda başlayan Cənubi Torid meteor yağışı noyabrın 20-dək davam edəcək. Şimali Toridlərin isə noyabrın 12-də aktivlik zirvəsinə çatacağı, dekabrın 10-dək müşahidə edilə biləcəyi bildirilir.

Cənubi Toridlər Yer kürəsinin 2P/Encke kometinin geridə qoyduğu qalıqlar arasından keçməsi nəticəsində yaranır. NASA mütəxəssisi Bill Kukun sözlərinə görə, Yer 2032-ci ildə Torid qalıqlarının daha sıx olduğu ərazidən keçəcək. Bu səbəbdən həmin dövrdə meteor aktivliyinin artacağı gözlənili

Şəbnəm Mehdizadə