Məzmuna keç

Cənubi Koreyada avtobus 32 nəqliyyat vasitəsi ilə toqquşub: 48 nəfər xəsarət alıb

Cənubi Koreyanın paytaxtı Seulun cənubunda yerləşən Seongnam şəhərində avtobusun 32 nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində azı 48 nəfər xəsarət alıb.

E-huquq.az “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 07:30 radələrində baş verib. 60 yaşlarında olan şəxsin idarə etdiyi avtobus bir pikap, dörd digər avtobus və 27 minik avtomobili ilə toqquşub.

Toqquşmadan sonra avtobus yol kənarındakı maneəyə çırpılaraq dayanıb. Qəza nəticəsində azı 48 nəfər xəsarət alıb.

Məlumata görə, sürücünün sərxoş olmadığı müəyyən edilib. O, polisə ilkin ifadəsində qəzanın əyləc sisteminin sıradan çıxması səbəbindən baş verdiyini bildirib.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə