Məzmuna keç

Konqoda Eboladan ölənlərin sayı 5 mini ötüb

Demokratik Konqo Respublikasında may ayında başlayan Ebola epidemiyası nəticəsində ölənlərin sayı 5 387-yə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Konqonun 26 əyalətindən 8-i epidemiyadan təsirlənib.

Ölkə üzrə 11 042 yoluxxma faktı qeydə alınıb.

Epidemiyaya Ebola virusunun nadir rast gəlinən Bundibugyo ştammının səbəb olduğu bildirilir. Bu ştamma qarşı hazırda təsdiqlənmiş müalicə vasitəsi və ya peyvənd yoxdur.

Mövcud epidemiya 2014-2016-cı illərdə Qərbi Afrikada baş vermiş və 11 mindən çox insanın ölümünə səbəb olmuş Ebola epidemiyasından sonra qeydə alınan ən böyük və ən ölümcül epidemiyalardan biri hesab olunur.

Şəbnəm Mehdizadə