Məzmuna keç

Dövlət Xidmətinin 426 minlik tenderinin qalibi bu şirkət oldu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) balansında olan Gədəbəy rayon şöbəsinin, Hacıqabul rayon bölməsinin və Samux rayon bölməsinin yeni inzibati binalarında cari təmir işləri ilə bağlı keşirilən tender yekunlaşıb.

E-huquq.az-ın məlumatıına görə, “Lokal Group” MMC tenderin qalibi seçilib.

Qalib şirkətə 426.396,52 manat ödənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Lokal Group” mühəndislik, tikinti, quraşdırma və müxtəlif təyinatlı infrastruktur layihələri sahəsində fəaliyyət göstərən şirkətdir.

Şəbnəm Mehdizadə