Məzmuna keç

Bu avtobusun hərəkət sxemi dəyişdirildi

Novxanı-Pirşağı yolunda aparılan təmir işləri ilə əlaqədar 537 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, Novxanı-Pirşağı yolunun Sahil küçəsi hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Bu səbəbdən 537 nömrəli marşrut üzrə avtobusların hərəkəti müvəqqəti olaraq 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil edilib.