Məzmuna keç

Din xadimlərinə maddi dəstəyin artırılması təklif olunur

Din xadimlərinə ayrılan maddi dəstəyin artırılması təklif olunur.

E-huquq.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

Deputat qeyd edib ki, illər əvvəl dövlət başçısının birbaşa diqqət və qayğısı ilə din xadimlərinə maddi dəstək verilməsinə başlanılıb.

“İllər öncə cənab Prezidentin bilavasitə diqqət və qayğısı ilə din xadimlərinə maddi dəstəyin verilməsinə başlanıldı. Hesab edirəm ki, imkan daxilində bu dəstəyin az da olsa artırılması həmin insanlara böyük dəstək olardı”, – deyə C.Məmmədov bildirib.

Şəbnəm Mehdizadə