Məzmuna keç

Taleh Kazımov: “Sığorta bazarının həcmi 2 dəfə artıb”

Sığorta bazarının həcmi 2 dəfə artıb.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

AMB sədri qeyd edib ki, 9 ayda ötən ilin eyni dövrü ilə müqayisədə sığorta haqları 8%, sığorta ödənişləri isə 29% artıb.

Onun sözlərinə görə, 2021-ci illə müqayisədə sığorta bazarının həcmi 2 dəfə böyüyüb.

T.Kazımov bildirib ki, sığorta haqlarının 80%-i könüllü, 20%-i isə icbari sığorta növlərinin payına düşür.

O əlavə edib ki, sığorta haqlarının 56%-ni həyat, 44%-ni isə qeyri-həyat sığortası üzrə yığımlar təşkil edib.

Şəbnəm Mehdizadə