Məzmuna keç

Müəllimlərin maaş artımı ilə bağlı TƏKLİF

“Sertifikasiyadan keçən müəllimlərin əməkhaqları dövlətin birbaşa diqqət və qayğısı ilə artırılır”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Bu, çox önəmli addımdır. Ancaq düşünürəm ki, maaş artımı ilə bağlı 10 və 35 nisbətinə baxılmasına ehtiyac var. Bu nisbətin ən azı 10, 25, 35 olmasını təklif edirəm”, – deyə C.Məmmədov bildirib.

Deputat digər məsələyə də diqqət çəkərək sertifikasiyadan keçməyən müəllimlərin əməkhaqlarının da artırılmasını təklif edib.

O bildirib ki, sertifikasiya ümumilikdə uzun prosesdir və hələ bu mərhələdən keçməyən xeyli sayda müəllim var.

“Onların maaşının az da olsa, artırılması bu insanlara böyük dəstək olardı”, – deyə deputat vurğulayıb.

Şəbnəm Mehdizadə