Məzmuna keç

Ceyhun Məmmədov: “Tarixi-dini abidələrin bərpasına büdcədən vəsait ayrılmalıdır”

Tarixi-dini abidələrin bərpası üçün vəsait ayrılması təklif olunur.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib:

Deputat qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələr yüksək səviyyədə təmir və bərpa olunur.

“Bu, çox önəmlidir. Düşünürəm ki, digər bölgələrimizdə də tarixi dini abidələrin mərhələli təmiri üçün büdcədən vəsait ayrılmasına ehtiyac var. Bu abidələr həm də bizim milli kimliyimizi, tariximizin qədimliyini göstərir. Biz bu məsələyə də çox həssas yanaşmalıyıq”, – deyə C.Məmmədov bildirib.

Şəbnəm Mehdizadə