Alimlərin maaşlarının artırılması təklif olunur.
E-huquq.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
Deputat ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan alimlərin əməkhaqlarının artırılması məsələsinə baxılmasını təklif edib.
“Ali təhsil müəssisələrində və Milli Elmlər Akademiyasında çalışan alimlərin maaşlarının az da olsa artırılmasına baxılmasını təklif edirəm. Əgər bu mümkün deyilsə, ən azı elmi dərəcələrə görə məbləğlər artırılsın”, – deyə Ceyhun Məmmədov bildirib.
Şəbnəm Mehdizadə
