NASA-nın dəstəyi ilə aparılan tədqiqat zamanı alimlər üzvi maddələrlə zənginləşdirilmiş süni Ay torpağında yeyilə bilən və qidalı kartof yetişdirməyə nail olublar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu kəşf gələcəkdə Ay bazalarında çalışacaq astronavtların yerli ərzaqla təmin olunmasına yol açır.
Tədqiqatçılar müəyyən ediblər ki, Ay torpağını təqlid edən mühitə kifayət qədər üzvi maddə əlavə olunduqda kartoflar Yer torpağındakı kimi yaxşı inkişaf edir. Sınaq zamanı qırmızı qabığı, ağ ləti və tez yetişməsi ilə seçilən “Modoc” kartof sortundan istifadə olunub.
Qeyd edək ki, yaxın illərdə həm ABŞ, həm də Çin Ay səthinə astronavtlar göndərməyi və orada uzunmüddətli bazalar qurmağı planlaşdırır. Bütün ərzaq ehtiyatlarını Yerdən daşımaq mümkün olmadığından, Ayın özündə qida yetişdirmək missiyaların davamlılığı üçün həyati əhəmiyyət daşıyır
Şəbnəm Mehdizadə
